XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 12:25

9 bankın əmanətçilərinə 252 milyon manatdan artıqkompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu sentyabrın 9-da "Parabank" ASC-nin qorunan əmanətçilərinə 30 milyon 198 min manat, "Zaminbank" ASC-nin əmanətçilərinə 43 milyon 906 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 16 milyon 800 min manat və "Dekabank" ASC-nin əmanətçilərinə 2 milyon 763 min manatdan artıq kompensasiya ödəyib.

Əmanətlərin Sığortalanması Fondundan bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 93 milyon 667 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 13 milyon 673 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 12 milyon 146 min manatı "Atrabank"ın, 1 milyon 527 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, "Gəncəbank" ASC-nin əmanətçilərinə 925 min 721 manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119 milyon 723 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 739 min manatdan çoxdur.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 252 milyon 079 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.