Sentyabrın 1-i üçün paytaxtda rəyi soruşulanların 37,6%-i ölkə banklarına inanmadığını bildirib.
Bunu “Business Insight” şirkətinin keçirdiyi sorğunun nəticələri göstərib.
702 nəfər arasında keçirilən sorğuya əsasən, 8,8% cavab verməyə çətinlik çəkdiyini deyib. Narazılıq artır – yanvarda onlar 33,1% və 1,5%, apreldə 24,1% və 1,3% olub.
Rəyi soruşulanların 14,2%-i «Kapital Bank»a, 11,8%-i ABB-yə, 7%-i Bank of Bakuya, 6.6%-i UniBanka, 4,1%-i AccessBanka inanır.