XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2016 - 10:39

“İnvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlıhəftəlik analiz

investors

İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avro/Dollar məzənnəsi keçən həftə ərzində InvestAZ analitiklərinin gözlədikləri kimi 1.1327$-a bahalaşdı. Qiymətin texniki mənzərəsinin təhlillərinə görə valyuta cütlüyü üzrə qiymət 1.1365$-ı yuxarı istiqamətdə qıra bilmədiyi təqdirdə 1.1122$ və 1.1083$-a kimi ucuzlaşa bilər. Eyni zamanda, bu həftə Avronun FOREX-də məzənnəsinə təsir edə biləcək, Avrozonada sənaye istehsalı həcmi və inflyasiya ilə bağlı önəmli statistik göstəricilər yayımlanacaq.

GBP

Böyük Britaniya funt sterlinqinin dünya birjalarında qiyməti keçən həftə ərzində 1.3444$-a kimi 1.2% bahalaşsa da, önəmli səviyyə sayılan 1.3480$-ı yuxarı istiqamətdə qıra bilməyib və yenidən ucuzlaşmağa başlayıb. Beləliklə, qiymətin gələcək günlər ərzində əlavə olaraq 1.3086$ və 1.3000$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

TRY

USD/TRY valyuta cütlüyünün məzənnəsi bir neçə dəfə 2.91 TL-i aşağı istiqamətdə qırmağa cəhd etsə də buna nail ola bilməyib və yenidən 2.97 TL-ə kimi bahalaşıb. InvestAZ analitiklərinin fikrincə, cütlük üzrə qiymət bir müddət də 2.91 TL-nin üzərində möhkəmlənərək, 2.95 və 2.98 TL ətrafında dalğalana bilər.

OIL

Eneriji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti son bir neçə həftə ərzində tələbatın artması fonunda 50.12$-a kimi bahalaşıb. Ümumiyyətlə isə bazar iştirakçıları qiymətin gələcək günlər ərzində 47$ ətrafında dalğalanacağını gözləyirlər. Onu da qeyd etmək lazımdır ki, OPEC sentybar ayının 26-ı neft istehsalının dondurulması mövzusu ətrafında Əlcəzairdə qeyri-rəsmi toplantı planlaşdırır.

GOLD

Qızılın dünya əmtəə bazarlarında qiyməti isə 1302$-ın (41.7$/qram) üzərində dalğalanmaqda davam edir və hətta qiymətin gələcək günlər ərzində yenidən 1370$-a (43.9$/qram) kimi dəyər qazana biləcəyi ehtimalları da aktualdır. Lakin qiymət 1302$-ı (41.7$/qram) aşağı istiqamətdə qırarsa, o zaman qiymət 1280$ (41.0$/qram) və 1260$-a (40.4$/qram) kimi eniş trendini bərpa edə bilər.