Növbəti ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır.
Bunu energetika naziri Natiq Əliyev bildirib.
Nazirin sözlərinə görə, bu rəqəm indiki şəraitdə ən optimal və daha realdır. "Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan götürüb. Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir", – deyə nazir qeyd edib. (APA)