XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 12:24

Beynəlxalq Valyuta Fondu ABŞ-ın vergi sistemini“hərtərəfli islahata” çağırır

Beynəlxalq Valyuta Fondunun (BVF) illik hesabatına əsasən, hazırda ABŞ-ın vergi sistemi həddən artıq mürəkkəbdir, bəzi vergilərin dərəcələri ifrat dərəcədə yuxarıdır.

“Vergiler.az” bildirir ki, BVF ekspertləri mənfəətdən tutulan korporativ vergi ilə bağlı islahatların son dərəcə zəruri olduğunu və bunun biznesin canlanmasına, investisiyaların cəlb edilməsinə köməyi ola biləcəyini söyləyiblər.

Fondun məruzəsində bildirilir: “Həmçinin, faiz hesablamalarından məhdudiyyətlərin götürülməsi hesabına gəlir əldə etmək qaydalarının sərtləşdirilməsi yolu ilə vergidən yayınma imkanının aradan qaldırılmasına da ehtiyac var”.

BVF ekspertləri göstərirlər ki, 35 faiz dərəcə ilə mənfəət vergisinin nisbətən yüksək olması bir sıra digər xüsusiyyətlərlə bərabər, investisiyaların qoyuluşuna da mane olur və vergidən yayınmaq üçün əlverişli şərait yaradır. Fond mənfəət üçün korporativ vergi dərəcəsinin 25-28 faizə qədər aşağı salınmasını təklif edir.

BVF-nin qənaətinə görə, sağlam vergi rəqabətini qoruyub saxlamaq üçün bu verginin dərəcəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində qəbul edilmiş orta dərəcədən – 25 faizdən az olmamalıdır.

Bu çağırışda başlıca məqsəd kimi istisnaların aradan qaldırılması və bütövlükdə sistemin sadələşdirilməsi göstərilir. Bundan əlavə, fond tərəfdən birbaşa və dolayı vergilər arasında tarazlığı bərpa etmək, eləcə də fərdi və korporativ vergi ödəyiciləri üçün mənfəət vergisinin azaldılması tövsiyə olunur.