XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 Sentyabr 2016 - 13:37

Statistika Komitəsi:“Ümümi Daxili Məhsul azalıb”

Statistika

2016-cı ilin yanvar-iyul aylarında ölkədə 32 milyard 122.6 milyon manat dəyərində Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib.

Bu haqda Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu, əvvəlki ilin eyni dövrünə nisbətən 3 faiz azdır. DSK bildirir ki, cari ilin yanvar-iyul ayları ərzində istehsal olunmuş Ümumi Daxili Məhsulun 35.2 faizi neft-qaz sektorunun payına düşür. Bu dövrdə əhalinin hər nəfərinə düşən Ümumi Daxili Məhsul 3 min 340.6 manata bərabər olub.