"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) istiqraz buraxmaqla yerli maliyyə bazarında innovativ addım atır".
Bunu Bakıda keçirilən SOCAR istiqrazlarının təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.
Onun sözlərinə görə, bu istiqrazlar ölkə vətəndaşlarına sahibkar olmadan gəlirlərini etibarlı maliyyə alətlərinə yerləşdirməyə imkan verəcək: “Bu cür maliyyə alətlərinin tətbiqi indiki şəraitdə xüsusi əhəmiyyətə malikdir. Bununla SOCAR özünün ictimai nəzarətə hazır olduğunu göstərir, korporativ idarəetmə sahəsində digər dövlət qurumlarına nümunə olur, onları da maliyyə bazarında aktivliyi artırmağa, bu yolla vəsait cəlb etməyə sövq edir”.
N.Əmirov qeyd edib ki, SOCAR istiqrazlarından əldə olunan gəlirlər hələ ki, 3 il müddətinə vergidən azad edilib. Lakin tədricən bu müddətin artırılması mümkündür.
Report