XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2016 - 12:46

“2020-ci ildən sonra neftin bir barelinin qiyməti 100 dollar olacaq” –LUKOYL prezidenti

vahid

"2020-ci ildən sonra neftin bir barelinin qiyməti 100 dollar olacaq".

Bu açıqlama ilə “Kommersant” qəzetində LUKOYL-un prezidenti Vahid Ələkbərov çıxış edib. Ələkbərov deyib ki, ortamüddətli mərhələdə neft qıtlığı gözlənilir. 

“Proqnoz təkcə bizim deyil, həm də həmkarlarımızındır. 2020-ci ildən sonra biz yenidən neftin qiymətini barel üçün 100 dollar görə bilərik. Buna hazır olmaq lazımdır” – milyarder belə deyib. 

O deyib ki, geoloji kəşfiyyatın başlamasından ilk neftin alınmasınadək minimum 5-7 il keçir: "Bu gün neft hasilatı ilə bağlı qərar qəbul olunmasa, gələcəkdə rəqbət qabiliyyətli olmayacağıq”. 

LUKOYL 2017-ci il üçün neftin bir barelinin qiymətini 40 dollar proqnozlaşdırıb. 2018-ci ildə isə bu rəqəm 50 dolla ətrafında dəyişəcək. 

Avropa.info