XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2016 - 14:36

Azərbaycan iqtisadiyyatına 16713,3 milyon manatlıqkredit qoyulub

Mərkəzi Bankın məlumatına əsasən, avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu milli valyuta ekvivalentində 16713,3 milyon manat təşkil edib.

Onun 13156,1 milyon manatı uzunmüddətli kreditlər olub.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, kreditlərin 32,4 faizi dövlət, 64,5 faizi qeyri-dövlət bankları, 3,1 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının payına düşüb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,0 faizini təşkil edib.