XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2016 - 17:47

“Standart & Poor’s” Rusiyanınkredit reytinqini yüksəltdi

“Standart & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi Rusiyanın kredit reytinqini “neqativ” səviyyəsindən “sabit” səviyyəsinə yüksəldib.

Azərtac xəbər verir ki, bu barədə agentlikdən edilən şərhdə deyilir. “Standart & Poor's” Rusiyanın ümumi daxili məhsulundakı böyümənin 2017-2019-cu illərdə orta hesabla 1,6 faiz olacağını proqnozlaşdırır. Həmçinin agentlik maliyyə təzyiqlərinə baxmayaraq, Rusiyanın 2016-2019-cu illərdə ümumi ictimai borc yükünün nisbi aşağı səviyyəsini qoruyacağını nəzərdə tutur.

“Standart & Poor's” eyni zamanda, Rusiyanın xarici pul vahidi üzrə kredit reytinqini də “BB+” səviyyəsində təsdiq edib.