XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2016 - 10:29

OPEC-in baş katibi:"Görüşün keçirilməsi barədə təklifi Qətər vermişdi"

opec

Sentyabrın 27-də Əlcəzairdə neft hasilatçılarının iştirakı ilə keçirilməsi nəzərdə tutulan görüş məsləhət xarakterlidir və orada hər hansı bir qərarı qəbul olunması nəzərdə tutulmayıb.

Bunu Əlcəzairin APS telekanalına müsahibəsində OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.

"Bu, qeyri-formal görüşdü və görüşdə hər hansı qərarın qəbul olunması gözlənilmir… Fikir mübadiləsi aparmaq məqsədilə görüşün keçirilməsi barədə təklifi Qətər vermişdi", – deyə baş katib qeyd edib.

Onun sözlərinə Əlcəzairdə həmçinin ikitərəfli görüşlər də keçiriləcək.

Qeyd edək ki, bundan öncə Əlcəzairdə keçirilən görüşdə neftin hasilatının dondurulması barədə qərarın qəbul olunacağı gözlənilirdi. (APA)