İran şirkətləri Azərbaycan iqtisadiyyatına 2,6 milyard dollar sərmayə qoyub.
Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən "Iran Project-2016" sərgisində deyib. Onun sözlərinə görə, bu məbləğin 145 milyon dolları qeyri-neft sektoruna yatırılıb.
S.Babayev qeyd edib ki, Azərbaycanda İran kapitalı ilə təqribən 450 şirkət fəaliyyət göstərir. O əlavə edib ki, 2016-cı ilin yeddi ayında iki ölkə arasında əmtəə dövriyyəsi 70 faiz artıb.