XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2016 - 16:53

OPEC neft hasilatının “dondurulması”nıgündəmə gətirə bilər

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan neft hasilatçısı ölkələrin sentyabrın 28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində qeyri-rəsmi toplantısında neft hasilatının “dondurulması” məsələsi müzakirə edilə bilər.

Azərtac xəbər ki, bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo deyib. O bildirib ki, görüşdə neft hasilatının yaxın 1 il ərzində “dondurulacağı” ilə bağlı fikirlər səslənilir.

Əlcəzairin enerji naziri Nurəddin Buterfa isə hasilatın 1 il müddətinə “dondurulması” ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə neft bazarında minimum 6 ay ərzində tarazlıq yaranacağını, yəni tələb-təklif fərqinin azalacağını bildirib.

Qeyd edək ki, hasilatın “dondurulması” ilə bağlı müzakirələrdən sonra OPEC-in növbədənkənar iclası çağırıla bilər. Hasilatın “dondurulması” qərarı isə OPEC-in noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək iclasında qəbul edilməsi mümkündür.