XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 12:35

İtaliya şirkəti Yunanıstana şərt qoydu:"SOCAR gəlmirsə biz də gəlmirik”

socar-desfa

DESFA-nın özəlləşdirilməsində iştirak etmək istəyən İtaliyanın "Snam" şirkəti SOCAR-ın digər səhmdar kimi qalmasında maraqlıdır.

Bu barədə CNN telekanalına istinadən yerli mətbuat yazır.

 Bildirilir ki, iki gün bundan öncə Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skurletis "Snam" şirkətinin rəsmiləri ilə görüşüb. "Şirkətin rəsmiləri görüşdən narazı ayrılıb. Onlar yunan nazirin qoyduğu bəzi şərtlərlə razılaşmaq istəmir. Bir şey dəqiqdir: "Snam" yalnız o halda DESFA-nın özəlləşdirilməsində iştirak edəcək ki, digər səhmdar SOCAR olacaq". (APA)

 Telekanal bildirir ki, DESFA-nın özəlləşdirilməsi prosesində Yunanıstan hökumətinin bəzi üzvləri özlərini qeyri-adekvat aparsa da, "onlar TAP kimi iri layihənin səhmdarı olan SOCAR-ın səhmdar olmasında maraqlıdır".