“Bu ilin yanvar-avqustunda Türkiyədə Azərbaycan kapitallı 106 şirkət təsis edilib”
Strateq.az bildirir ki, bu barədə Türkiyə Palatalar və Birjalar Birliyi məlumat verib. Bu il Türkiyədə Azərbaycan kapitallı 35 səhmdar cəmiyyəti və 71 MMC təsis edilib. 2015-ci ilin 8 ayında bu ölkədə Azərbaycan kapitallı 125 şirkət yaradılmışdı.
Yeni yaradılan şirkətlərə Azərbaycan investorları bu il 24 mln lirə vəsait qoyub. Bu, ötən ilkindən 30% çoxdur. İnvestisiyaların çoxu səhmdar cəmiyyətlərin kapitalına qoyulub.
Bu şirkətlərin ilkin kapitalında Azərbaycandan olan təsisçilərin payı 87%-dir.