XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 14:43

Dünya Bankı Azərbaycana yeni menecerini göndərdi

dunya-banki

Dünya Bankı Azərbaycan üzrə yeni ölkə meneceri müəyyənləşib.

Yeni menecer indiyə qədər Bankın Avropa və Mərkəzi Asiya üzrə proqram meneceri olmuş Navid Həsən Naqvi (Naveed Hassan Naqvi) təyin edilib.

Yeni ölkə meneceri Dünya Bankında fəaliyyətinə 2004-cü ildə iqtisadi təhsil üzrə məsul vəzifəyə təyin edilməklə başlayıb. Bundan öncə isə o, Pakistan hökumətində bir sıra vəzifələrdə çalışıb.

N.H.Naqvi “Durham” və “Hull” universitetlərini bitirib.

Qeyd edək ki, Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenkonun səlahiyyət müddəti bu ilin iyununda başa çatıb. O, hazırda karyerasını Liberiyada (Qərbi Afrika) davam etdirir.