“SOCAR-ın xərcləri gəlirlərini üstələyir. Ona görə də satışa istiqraz buraxmaq məcburiyyətində qalıb”.
Strateq.az bildirir ki, bu sözləri, iqtisadçı ekspert Oqtay Haqverdiyev “EXO” qəzetinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, şirkət onların birbaşa fəaliyyətlərinə aid olmayan sosial layihələrə vəsaitlər xərcləyir: “İndi çətin ki, Azərbaycanda kimlərsə bu istiqrazlara meyl etsin. Çünki cəmi 5 faiz illik gəlirdən söhbət gedir: «Ona görə demək çətindir. SOCAR-ın bu istiqrazları nə qədər populyar olacaq və onları tam həcmdə satmağa nail olacaqmı?».
Yazıda qeyd edilir ki, Maliyyə Nazirliyi də qısamüddətli istiqrazlar buraxıb. Onu, əsasən, Mərkəzi Bank alıb, sonra da nazirliyə qaytarıb. Ekspertin deməsinə görə, Maliyyə Nazirliyi bu istiqrazları büdcədəki kəsirləri bağlamaq məqsədilə buraxır: “Odur ki, bu sistem daxilində sadə vətəndaşın bu istiqrazları əldə etməsi faktiki mümkün deyil. Baxmayaraq ki, qanun hər bir vətəndaşın istiqraz alması haqqını tanıyır”, -yazıda vurğulanır.