“Məişət zorakılığı hallarının aradan qaldırılması” mövzusunda video-çarxın çəkilişi işlərinin satın alınması
Kotirovka sorğusu
Azərbaycan, Bakı /22/09/2016/
“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Məişət zorakılığının aradan qaldırlması üçün tədbirlərin görülməsi” layihəsi çərçivəsində “Məişət zorakılığı hallarının aradan qaldırılması” mövzusunda video-çarxın çəkilişi işlərinin satın alınmasını həyata keçirir.
Video-çarx aşağıdakı parametrlərə cavab verməlidir:
Video-çarx məişət zorakılığı hallarının qarşısının alınması, məişət zorakılığının qarşısının alınmasının hüquqi əsasları, prinsipləri və tədbirləri, məişət zorakılığı qurbanlarının müdafiəsi tədbirləri barədə geniş auditoriyanın məlumatlandırılması məqsədilə çəkilir.
Hüquqi və fiziki şəxslər öz təkliflərini 10 oktyabr 2016-ci il tarixə qədər Bakı şəhəri M.Əfəndiyev 7\24 AZ 1001 ünvanına və [email protected] elektron ünvanına göndərə bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün ən azı 3 il müvafiq sahədə təcrübə tələb olunur.
Video-çarx müqavilə bağlandığı tarixdən 30 gün müddətinədək ilkin versiyada təqdim olunmalıdır. 10 oktyabr 2016-ci il tarixə qədər təklif göndərən hüquqi və fiziki şəxslərə cavab veriləcək. Qiymət təklifində ünvan və telefon nömrələri qeyd olunmalıdır. Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların (işlərin və xidmətlərin) qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömürük rüsumları və digər xərcləri nəzərə almaqla göstərilməlidir.
Əlavə məlumat üçün Əlaqə:
Azərbaycan Bakı, М.Əfəndiyev küç.7/24
Tel.: (994 12) 4925726
Fax: (994 12) 4952726
Email: [email protected]
Strateq.az