XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2016 - 13:47

Türkiyə “SOCAR Turkey Energy” şirkəti üçün qazın nəql müddətini uzadacaq –Memorandum

Socar 65

Türkiyə Respublikası "SOCAR Turkey Energy" şirkəti üçün qazın nəql müddətini uzadacaq.

Bu, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumunda öz əksini tapıb.

Memoranduma əsasən, Türkiyə Respublikası "SOCAR Turkey Energy" üçün qaz nəqlinin 31 dekabr 2021-ci il tarixinə qədər uzadılmasına və BOTAŞ-ın STPAS-BOTAŞ GSA-nın müddətinin 31 dekabr 2021-ci il tarixinə qədər uzadılmasının təmin edilməsinə də razılıq verir.

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi parlamentin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

APA