"Gömrük orqanları dövlət büdcəsi ilə bağlı proqnoz tapşırığı yerinə yetirməyə çalışacaq".
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
A. Əliyev xatırladıb ki, bu il DGK xətti ilə dövlət büdcəsinə 1,8 mlrd. manat həcmində vəsait daxil olmalıdır:
"Proqnoz tapşırığı yerinə yetirməyə çalışacağıq. Sentyabr ayının 21-ə olan məlumata əsasən, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1,6 milyard manat vəsaitin daxil olması təmin olunub. Bildiyiniz kimi, proqnoz tapşırıq 1 milyard 810 milyon manat səviyyəsində müəyyən olunub".
APA