XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2016 - 10:25

9 bankın əmanətçilərinə ödənilən kompensasiyanınmiqdarı açıqlandı

Bank 2

Əmanətlərin Sığortalanması Fondu sentyabrın 22-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 milyon 415 min manat, "Zaminbank" ASC-nin əmanətçilərinə 46 milyon 908 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 16 milyon 865 min manat və "Dekabank" ASC-nin əmanətçilərinə 2 milyon 763 min manatdan artıq kompensasiya ödəyib.

Əmanətlərin Sığortalanması Fondundan bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 98 milyon 951 min manatdan çoxdur.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 14 milyon 223 min manatdan çox kompensasiya ödənilib ki, bunun da 12 milyon 598 min manatı "Atrabank"ın, 1 milyon 625 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 91 min, "Gəncəbank" ASC-nin əmanətçilərinə 925 min 721 manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119 milyon 870 min manatdan çox kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 886 min manatdan çoxdur.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 258 milyon 060 min manatdan çox kompensasiya ödənişi həyata keçirilib.