XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

17 Mart 2015 - 12:02

“Hökumət manatla bağlı tədbirlər paketi hazırlayır” -Deputat

“Hökumət çox güman ki, manatın devalvasiyasından sonra yaranmış vəziyyətə bağlı tədbirlər paketi hazırlayır. Həmin paketdə ictimai rəy nəzərə alınmaqla bəzi məqamlar olmalıdır”.

Bunu depuatat Əli Məsimli bu gün Milli Məclisin çıxışında deyib. O bildirib ki, kəskin şəkildə dolların bahalaşması və neftin ucuzlaşması gözlənilmir:

“Dollarla götürülən kreditlərlə bağlı məsələ açıq qalıb. Burada çətinlik çəkənlərin hər ikisi xalqdır. Ortaq məxrəcə gəlinməlidir. Hökumətin bu sahədə görəcəyi işlər vacibdir. Hökumət yaxın 8-9 ay ərzində devalvasiyanın yaratdığı müsbət şanslardan istifadə edərsə, o zaman nəyəsə ümid etmək olar. Əks halda qiymətlərlə xərclərin artması devalvasiyanın müsbət effektlərini azaldacaq”.

Millət vəkili idxalın qarşısını almaq və ixracı stimullaşdırmaq lazım olduğunu qeyd edib. Ə.Məsimlinin fikrincə, sahibkarlara aşağı faizli kreditlərlə yanaşı dövlət tərəfindən də əlavə vəsait ayrılmalıdır: “Dövlət Neft Fondunun (ARDNF) 2 milyardlıq vəsaiti məhz idxalı əvəz edən məhsulları istehsal edən, ixrac potensialını artıran sahibkarlara verilməlidir”.

Deputat həmçinin bu ilin kənd təsərrüfatı ili olduğunu xatırladıb. O qeyd edib ki, hökumət tərəfindən ərzaq təhlükəsizliyi ilə bağlı işlər görülür: “özümüzə lazım olan ərzaq məhsullarının 80-85%-ini istehsal edirik. Ancaq taxılçılıq sahəsində bu göstərici 65% civarındadır. Bu göstərici dövlət üçün aşağıdır. Təkcə Şəkidə Əlican çay olan ərazidə su anbarının yaradılması 16 min hektardan çox torpağın suvarma dövriyyəsinə daxil edilməsinə imkan verəcək ki, bu da taxıl ehtiyatının artırılmasına şərait yaradacaq”, – deyə deputat bildirib.