2016-cı ilin yanvar-avqust aylarında ölkə əhalisinin gəlirləri 28 972,4 milyon manat olub.
Strateq.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
Turan-ın məlumatına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal gəlirlər 8,6% artıb. Gəlirlərin 78,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,9 faizi isə yığıma yönəldilib.
Bütün bu ödənişlərdən sonra əhalinin sərəncamında 26 275,4 milyon manat qalıb.