XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2016 - 14:16

Büdcə neft pulundan 2020-ci ildə xilas olacaq –Maliyyə Nazirliyinin şərhi

ermeni budce

Ortamüddətli büdcə proqnozlarına əsasən 2017 və 2018-ci illərdə icmal büdcəsinin kəsri azalacaq, 2019-cu ildən etibarən isə profisitli büdcə olacaq.

 Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

 Qanun layihələrində qeyd olunub ki, ortamüddətli büdcə proqnozlarına əsasən dövlət və icmal büdcənin neft gəlirlərindən asılılığının azaldılması siyasəti davam etdiriləcək: “Belə ki, 2017-ci il və sonrakı 3 il üçün hazırlanmış proqnozlara əsasən 2020-ci ildən başlayaraq dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi hədəflənir. Həmçinin, 2020-ci ildə ARDNF-un gəlirləri nəzərə alınmadan hesablanmış icmal büdcə kəsirinin ÜDM-in cəmi 6,9%-ni təşkil edəcəyi proqnozlaşdırılır”.