XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2016 - 15:05

Ekspert Rövşən Ağayev:"Maaşlarda artım gözləməyə dəyməz”

rovsah-aqayev-2

“Referendum günü səsvermədə iştirak edən rəsmilər büdcə ilə bağlı ilk məlumatları açıqlayanda dedilər ki, bütün xərclərdə azalma ola bilər, sosial xərclərdə əsla. Amma indi açıqlanan büdcə layihəsi bunun əksini göstərir”.

Strateq.az bildirir ki, bu sözləri tanınmış iqtisadçı ekspert Rövşən Ağayev gələn ilin büdcəsini şərh edərkən yazıb.

Onun sözlərinə görə, 2016-cı ilin büdcəsində son dəyişiklikdən sonra sosial müdafiə xərcləri 2.699 milyard manat proqnoz edilmişdi. 2017-ci ilin büdcəsində 2.118 milyard manat – 581 milyon manat (20%) azalma var: “Bu fakt onu göstərir ki, hökumət 2-ci devalvasiyadan sonra sosial müdafiə xərclərini artırdığını cəmiyyətə nümayiş etdirmək üçün büdcədə həmin maddəni dəyişdi, reallıqda isə həmin vəsaiti xərcləmədi. Ona görə də indi sosial müdafiə xərclərini 2015-ci ilin səviyyəsində təsdiqləyir”.

Ekspetin sözlərinə görə, səhiyyə xərcləri də azalma ilə proqnoz edilir – təxminən 54 milyon manat (6.5%) ixtisar var. Yalnız təhsil xərclərində 29 milyom manat (1.6%) artım var: “Bu o deməkdir ki, son 2 ildə baş verən kəskin devalvasiya və onun doğurduğu inflyasiyaya rəğmən sosial müavinət, pensiya və büdcə işçilərinin maaşlarnda artım gözləməyə dəyməz”.

R. Ağayev qeyd edib ki, ən çox azalma investisiya xərclərindədi. Burada  1.142 milyard manat və ya 38% azalma var.