XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2016 - 18:13

Prezident Məclisə yeni layihə təqdim etdi –Azərbaycanda kredit büroları yaradılacaq

kredit-1

Azərbaycanda kredit büroları yaradılacaq.

Bununla bağlı “ Kredit büroları haqqında” qanun layihəsi bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sözügedən qanun layihəsi prezident İlham Əliyev tərəfindən Milli Məclisə daxil olub:

“Beynəlxalq təşkilatlarla birlikdə 5 ildən artıqdır ki, bu qanun layihəsi üzərində işlənilir. Kredit bürolarını Xidmətdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq.

Qanun qəbul edilərsə, bir il sonra Azərbaycanda kredit büroları fəaliyyətə başlaya bilər. Kredit bürolarının fəaliyyəti ilə bankların xərclərini azaldacaq. Bununla yanaşı, maliyyə təşkilatlarındankredit götürmək üçün sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalacaq. Üstəlik, borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək”.

Qafqazinfo.az