XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 20:00

“Lukoyl”un prezidenti:“OPEC-in razılaşması neft qiymətinin 50 dollarda saxlanması üçündür”

vahid

“Neft hasilatının sabitləşdirilməsi ilə bağlı tədbirlər qiymətin qaldırılmasına yox, onun 50 dollar səviyyəsində saxlanmasına xidmət edir”.

Strateq.az bildirir ki, bu barədə "Lukoyl"in prezidenti Vahid Ələkbərov jurnalistlərə deyib: ""Lukoyl" neft hasilatının sabitləşdirilməsi ilə bağlı tədbirlərə qoşulmağa hazırdır. Əgər prosesdə iştirak etmək istəyiriksə, fəal mövqe tutmalıyıq. Energetika Nazirliyinin çətiri altında ümumi protokolu bütün şirkətlər imzalamalıdır. Bizim şirkət buna hazırdır"

Onun sözlərinə görə, OPEC-in neft hasilatının sabitləşdirilməsi ilə bağlı razılaşması neft qiymətlərinin qalxmasına yox, bir barrelin 50 dollar səviyyəsində qalmasına yarıdm edəcək: “Qiymət artıq 50 dollardan yuxarıdır. Bu, şist neftinə qoyulan sərmayələri effektiv edən qiymətdir. Bu qiymət 50 dollar səviyyəsində sabitləşəcək. Biz OPEC-in noyabr iclasını gözləyəcəyik".

"Lukoyl" prezidenti həmçinin qeyd edib ki, noyabr iclası vacibdir. Bu iclasda hasilat həcmləri müzakirə ediləcək. "Ümid edirik ki, ümumi maraqlar yerli münaqişələrə üstün gələcək. …İran, İraq və Səudiyyə Ərəbistanının razılığa gəlmək istəyini bəyan etməsi artıq bütün bazara çox nikbin bir siqnaldır. Bu, sadəcə spekulyasiya deyil", deyə Ələkbərov vurğulayıb.

OPEC üzvü olan ölkələr sentyabrın 28-də Əlcəzairdə, XV Beynəlxalq energetika forumu çərçivəsində qeyri-rəsmi görüşdə neft hasilatının sutkada 32,5 – 33 milyon barrelədək məhdudlaşdırılmasına dair razılığa gəliblər. Tədbir öncəsi iştirakçılar razılığın əldə olunacağına skeptik yanaşırdılar.