XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 13:58

Yuan Çinə 1 trilyon dollargətirə bilər

Çinin milli valyutası yuanın Beynəlxalq Valyuta Fondunun səbətinə əlavə edilməsi bu ölkənin istiqraz bazarı üçün bir dönüş nöqtəsi olduğu və beş il ərzində ölkəyə 1 trilyon dollar gətirə biləcəyi ehtimal edilir.

Azərtac "Bloomberght"ə istinadla xəbər verir ki, Çin valyutasının Beynəlxalq Valyuta Fondunun (BVF) səbətinə əlavə olunması BVF-nin rəhbəri Kristin Laqarda görə "tarixi bir dönüş nöqtəsi"dir. K.Laqard qeyd edib ki, sözügedən vəziyyət Çinin maliyyə sistemində həyata keçirdiyi islahatları və bazarlarını sərbəstləşdirməsini əks etdirir.