XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2018 - 12:05

İnqilabçının  taleyi –Miralim Bəy fenomeni

Fəxrəddin Mehdiyev

(Hüquqşünas)

Xalq hərəkatının mübarizə tarixində Cəlilabad rayonunun öncüllər sırasında xüsusi yeri olmuşdur. 80-ci illərdə keçmiş SSR-nin bütün güc strukturlarının, repressiya aparatının  güclü olduğu vaxtda dalbadal  iki dəfə raykomun birinci  katiblərlərinin, eləcədə  rayonun hüquq mühafizə orqanlarının izdihamlı mitinqlərin təkidi ilə istefaya göndərilməsi, bir müddət Xalq Cəbhəsi tərəfindən rayonun dinc və uğurlu idarəçiliyi miqyasına görə görünməmiş hadisələr, presedentlər Cəlilabad rayonunda baş vermişdi.

Cənub bölgəsində sərhədlərin açılmasında  da Cəlilabad Xalq Cəbhəsi çox fəal iştirak etmişdi. Həmin dövrün hadisələri tanınmış tədqıqatçı və publisist  Bilal Alarlının “Cəlilabad hadisələri”  kitabında” qələmə alınmışdır.

İnqilabi situasiya inqilabçıları yetişdirir. Miralim Bəyin inqilabçılara məxsus cəsarəti, prinsipallığı, natiqlik və təşkılatçılıq qabiliyyəti onu lider səviyyəsinə qaldırmışdı. Nomenklatura ilə  barışmaz və prinsipal mübarizə ona çoxlu rəqiblər  və düşmənlər qazandırmışdı. 20 yanvar hadisələrindən sonra Miralim bəy həbs edildi və bir müddət həbs həyatı yaşadı.

Cəbhə hakimiyyəti dövründə çoxlarının gözlədiyinin əksinə olaraq, Miralim Bəy hakimiyyətin heç bir pilləsində  təmsil olunmadı, təcrid olundu və silahdaşları tərəfindən həbs edildi, ikinci dəfə həbs həyatı yaşadı. Miralim Bəy xaraktercə çılğın, sərt, sözü üzə deyən şəxs idi.  Görünür, bu hallar da onun həbsində rol  oynadı. Miralim Bəyin həbsini şərtləndirən səbəblərdən biri də onun siyasi mübarizənin taktikasındakı fikir müxtəlifliyində idi.  Miralim Bəy inqilabi prosesin dərinləşməsinin, nomenkulaturaya qarşı barışmaz mübarizənin tərəfdarı idi. Bu taktika isə nomenkulatura ilə işləməyi mümkün və hətta vacib  sayan praqmatikləri qane etmirdi.  Nomenklatura ilə barışmaz  və prinsipal mübarzə aparan, lakin sonda bəzi silahdaşları tərəfindən təqiblərə məruz qalan Miralim Bəy tənhalaşdı.

Sonraki hadisələr Miralim Bəyin haqlı olduğunu göstərdi.  Nomenklatura  güc toplayıb hücuma keçəndə artıq Miralimlər təcrid olunmuşdu  və meydanlar boş idi…

Miralim Bəy sonraki illərdə  ictimai – siyasi həyatdan kənarda qalmadı, o, müxalifətin bütün tədbirlərində iştirak edirdi. Sonuncu dəfə onunla 20-ci sahədəki mitinqdə görüşdük. Bənizi solmuşdu, arıqlamışdı, lakin gözlərində əvvəlki kimi qaynayan enerji ona nikbinlik aurası yaradırdı.

Bir müddətdən sonra onun qəflətən ölüm xəbəri yayıldı. Allah rəhmət eləsin! Meydanlarda və səngərlərdə ömrünü  başa vuran insanlara böyük hörmətlə!

R.S

Qəfəsdə pələngin nəriltisindən dəhşətli mənəzərə yoxdur!

Balzak