XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 19:34

İki uşaq anası özünü asıb –Şəmkirdə intihar

Şəmkir rayonunda iki uşaq anası intihar edib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Aytac Dəmir qızı Rüstəmova atası evində özünü asaraq öldürüb.

İlkin məlumata görə, intihara səbəb qadının həyat yoldaşı ilə aralarında yaranmış narazılıq səbəb olub. A.Rüstəmova iki azyaşlı uşaq anası olub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.