XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 13:40

Gömrükdə daha bir əməliyyat: –Külli miqdarda siqaret tutuldu

bilasuvar_gomruk_mentegesi_070815

Azərbaycanın gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən xeyli miqdarda müxtəlif markalı siqaretlər aşkar edilib.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “VAZ-21013” markalı minik avtomobilində aksiz markasız tütün məmulatının olduğu və satış məqsədilə saxlandığı bildirilib.

Əməliyyat tədbiri nəticəsində “VAZ-21013” markalı minik avtomobili Masallı  şəhərindən Cəlilabad istiqamətində hərəkətdə olarkən saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində cəmi 85.400 ədəd “Manchester”, “Golden Gate” və “D&J” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.