XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2016 - 15:31

DİN ötən günün cinayət faktları ilə bağlıməlumat yaydı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 76 cinayət faktı qeydə alınıb. Onların 17-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 35 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 5 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 52 nəfər tutulub.