XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

12 Avqust 2015 - 07:43

Həbsdə olan dostuna kartofun içində marixuana gətirdi, tutuldu –Nazirlik -FOTO

kartof marixuna.jpg

Bakı istintaq təcridxanasında saxlanılan Emin Əsəd oğlu Əliyev üçün gətirilmiş sovqatdan marixuana çıxıb.

Strateq.az-a Ədliyyə Nazilrliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş Emin Əsəd oğlu Əliyev üçün gətirilmiş sovqat yoxlanılıb.

Məlum olub ki, sovaqtı gətirən Bakı şəhəri sakini Orucəli Samir oğlu Məmmədov bir ədəd kartofun içərisinə marixuana yerləşdirib. Əməkdaşlar tərəfindən kustar üsulla yerləşdirilmiş bir ədəd sellofana bükülmüş xalis çəkisi 1,27 qram olan narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.