XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 October 2016 - 16:40

Astara gömrüyündə əməliyyat:ərzaq məhsullarının arasında güclü təsir edən maddə tapıldı

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun əl yükünə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, baxış zamanı vətəndaşa məxsus qarışıq ərzaq məhsulları olan əl yükünün içərisində, gömrük nəzarətinə bəyan olunmamış iki ədəd plastik flakonda, cəmi 554 həb “Tramadol” adlı dərman preparatı aşkar edilib.

Məlumat üçün bildiririk ki, “Tramadol” adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir və aşkar olunan 554 həbdə tramadoloun təsiredici maddəsinin ümumi miqdarı 83,1 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.