XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 October 2016 - 16:50

Bakıda fəhlə otel binasındanyıxılaraq öldü

Bakıda tikintidə faciəli hadisə baş verib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsində tikilməkdə olan otel binasında qeydə alınıb. Orada işləyən, 33 yaşlı Elçin Məmmədov binadan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.