Bakının Nizami rayonu ərazisində tələbənin intiharı ilə bağlı cinayət işi başlanıb.
Bu haqda Bakı Şəhər Prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Hüseyn Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib.