XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 15:25

Bir gündə 76 cinayət hadisəsi- DİN məlumat yaydı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 76 cinayət faktı qeydə alınıb. Onların 26-nın üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş yeddi yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli üç fakt müəyyənləşdirilib. Cinayət törətdiklərinə görə 42 nəfər tutulub.