XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 October 2016 - 11:14

Şəki bazarındakı yanğınsöndürüldü

Şəki şəhərinin mərkəzi bazarında baş vermiş yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Şəki şəhərində ümumi sahəsi 2 ha olan “Şəki Bazar” ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteynerləri və 20 ədəd satış piştaxtalarının yanar konstruksiyaları və içərisində olan mallar 1200 m2 sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.