XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 11:36

Ayaqqabının dabanlarındannarkotik vasitələr çıxdı

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük postunda sözügedən vətəndaşın ayaqqabısı rentgen qurğusunda yoxlanılarkən monitorda ayaqqabının hər bir tayının dabanında şübhəli predmetin təsviri görünüb.

Təkrar baxış zamanı ayaqqabının dabanlarının oyuqlarında beş bükümdə, ümumi xalis çəkisi 2,915 qram olan heroin və xalis çəkisi 8,354 qram olan tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.