XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 13:15

Abşeronda güllələnmə:DİN rəsmi məlumat yaydı

din

Daxili İşlər Nazirliyi bu gün Abşeron rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 12-də Abşeron rayonunun Qobu qəsəbəsindən qəsəbə sakini Rövşən Abbasovun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb.

Rayon polisi və prokurorluğu əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Tural Əlizadə tutulub.

Ondan müvafiq sənədləri olan “Vinçester” markalı tüfəng və patron götürülüb. Fakt üzrə araşdırma aparılır.