XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 October 2016 - 18:52

Ötən gün 102 cinayət faktı qeydə alınıb- Nazirlik məlumat yaydı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 102 cinayət faktı qeydə alınıb. Onların 26-nın üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, doqquz nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 11 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 52 nəfər tutulub.