XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 October 2016 - 17:21

Narkotikə görə 1800 nəfər məsuliyyətə cəlb edilib- Son 9 ayda

narko

Bu ilin 9 ayı ərzində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1800 nəfər məsuliyyətə cəlb edilib.

Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hesabatında göstərilib.

Məlumata görə, məsuliyyətə cəlb edilənlərdən 1-i 18 yaşadək, 129-u 18-25 yaşadək, 292-i 26-29 yaşadək, 1378-i 30 yaşdan yuxarı,11-i fəhlə, 5-i qulluqçu, 1645-i işləməyənlər, 1772-i kişilər, 28-i qadınlar, 19 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 522 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən 12-i İran, 4-ü Gürcüstan, 1-i Hindistan,1-i Belarus, 1-i isə Türkmənistan vətəndaşı olub.