XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 10:01

Bakı metrosunda ailə münaqişəsi qatarlarınhərəkətində fasilə yaradıb

Bakı Metropolitenin “Koroğlu” stansiyasında bir nəfər relslərin üstünə tullanıb və tunelə doğru qaçıb.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, metropolitendə olan polis əməkdaşları tərəfindən həmin şəxs saxlanılıb. Məlum olub ki, qaçan şəxs Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov Samir Famil oğludur.

N.Paşayev bildirib ki, qatar yolunda gərginliyin söndürülməsi ilə əlaqədar “İçərişəhər” – “Həzi Aslanov” və "Dərnəgül" – “Həzi Aslanov” xəttləri üzrə qatarların hərəkətində gecikmələr olub.

Araşdırmalar zamanı S.Aslanov bildirib ki, o bu addımı ailə münaqişəsi zəminində atıb. Faktla bağlı araşdırmalar davam edir.