XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 12:57

Gömrükdə əməliyyat:mobil telefonlar və 6800 qutu siqaret müsadirə olundu

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yoxlama zamanı Rusiya Federasiyası istiqamətindən İdarənin “Xanoba” gömrük postunun ərazisinə daxil olan avtomobildən gömrük nəzarətindən gizlədilmiş 9 ədəd “Samsung GalaxY Prim” markalı mobil telefon, 20 ədəd boş mobil telefon qutusu və 6800 ədəd xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.