XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2016 - 11:37

Bu il Bakıda 490 yol-nəqliyyathadisəsi olub

Bu ilin doqquz ayı ərzində paytaxt ərazisində 490 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə oktyabrın 15-də Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, qəzalar nəticəsində 138 nəfər həlak olub, 515 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 18,3 faiz, həlak olanların sayı 21,1 faiz, xəsarət alanların sayı 20,2 faiz azalıb.

Eyni zamanda, həm ümumi qayda pozuntularının (1,2), həm də kobud qayda pozuntularının aşkarlanması (0,1) azalıb, habelə 49 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.