XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2016 - 15:57

Müdafiə Nazirliyi ilə Hərbi Hospital məhkəməyə verildi –"Azəriqaz" tərəfindən

mehkeme 2

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (İB) Müdafiə Nazirliyi və Mərkəzi Hərbi Hospitala qarşı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Birliyin şikayətinə oktyabrın 19-da baxılacaq.

Qeyd edək ki, "Azəriqaz" nazirlik və hospital tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı təmin etmədiyindən "Azəriqaz" İB apellyasiya şikayəti verib. Lakin şikayət təmin edilməyib. Bundan sonra "Azəriqaz" İB kassasiya şikayəti verib. 

APA