XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 Mart 2015 - 19:45

Hamlet İsaxanlının qızı yalan ifadə verdiyinə görə həbs edilə bilər

O, altı ayadək müddətə azadlıqdan məhrum edilə bilər

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı ülkər İsayeva həbs edilə bilər. Bu barədə Lent.az-ın sualına cavab olaraq hüquqşünas Fariz Namazlı bildirib.

Hüquqşünasın sözlərinə görə, Hamlet İsaxanlının bu gün mətbuata göndərdiyi açıqlamalardan belə bəlli olur ki, onun qızı ü.İsayeva istintaq orqanlarına yalan ifadə verib.

Qeyd edək ki, H.İsaxanlının bu gün mətbuatda yaydığı açıqlamasına görə, ü.İsayeva “dostlarını müdafiə etmək üçün” yalan ifadə verib: “Mənim qızım dostlarını cəzadan xilas etmək üçün ifadə verərək “kamera görüntülərindəki o qız mənəm və heç bir şikayətim yoxdur deyib”.

F.Namazlı bildirib ki, bu, istintaqı çaşdırmaq məqsədi daşıyır: “Buna görə, rektorun qızı Cinayət Məcəlləsinin 297-ci maddəsinə (Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə) əsasən cinayət məsuliyyətinə cəlb edilə bilər”.

Qeyd edək ki, bu maddəyə əsasən, yalan ifadə verən şəxs beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.