XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2016 - 10:43

Maştağa sakini sirkə turşusu içibintihar etdi

Maştağa qəsəbəsində sirkə turşusu içən şəxs dünyasını dəyişib.

Bu barədə Trend-ə Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Abdullayev Mirabdulla Mirxəlil oğlu yaşadığı evdə intihar məqsədilə sirkə turşusu içib. Hadisədən xəbər tutan yaxınları onu xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb. M.Abdullayev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.