“Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə və dəyişikliklər edilir.
Milli Məclisdən verilən məlumata görə, qanunun 43 və 61-ci maddələrinə edilən əlavə və dəyişikliyə görə, inzibati-iqtisadi və apellyasiya məhkəmələrinin ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunacaq.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 28-də müzakirəyə çıxarılacaq.
APA