XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2016 - 18:58

Prokuror həbsdəki NİDA üzvünə 9 il cəza istədi –Məhkəmə prosesi

qiyas-nida

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə əldə edib saxlamaqda təqsirli bilinən Qiyas İbrahimovun cinayət işi üzrə məhkəmə keçirilib. 

Hakim Ənvər Seyidovun sədrlik etdiyi prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı ona 9 il cəza istəyib. 

Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunurlar. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Sonradan onların cinayət işi ayrılıb.

Qiyas İbrahimov NİDA Vətəndaş Hərəkatının üzvü olub.